RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya qoşunları 33 "HIMARS" raketini havada dəf edib - MN

Nazirliyin məlumatına görə, Rusiya qoşunlarının bir qrupunun Dnepr çayının sağ sahilindən Xerson istiqamətində sol sahilə keçirilməsi Moskva vaxtı ilə saat 05:00-da başa çatıb.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Dnepr çayının sol sahilinə təxliyə və mülki şəxslərin köçürülməsi zamanı Rusiya qoşunları ABŞ-dan Ukraynaya gətirilmiş "HIMARS" RYAS-ın 33 raketini havada dəf edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya qoşunlarının bir qrupunun Dnepr çayının sağ sahilindən Xerson istiqamətində sol sahilə keçirilməsi Moskva vaxtı ilə saat 05:00-da başa çatıb, texnika və şəxsi heyət arasında itki yoxdur. Sağ sahili tərk etmək istəyən mülki əhalinin təxliyyəsi də həyata keçirilib.

"Düşmən gecə saatlarında dinc əhalinin daşınmasını və qoşunların Dnepr çayının sol sahilinə keçirilməsini pozmağa cəhd edib. Gecə ərzində Ukrayna Silahlı Qüvvələri ABŞ-ın "HIMARS" reaktiv raketlərindən 5 dəfə atəş açıb. Rusiyanın hava hücumundan müdafiə sistemləri 28 raketi vurub. Daha 5 raket elektron döyüş vasitəsi ilə hədəflərdən uğurla yayındırılıb", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, 20-dən çox ukraynalı hərbçi Rusiya qoşunlarının Dneprdən keçməsini pozmağa cəhd edərkən minalanmış sahələrdə partladılıb: "20-dən çox ukraynalı hərbçi, iki tank, iki özüyeriyən artilleriya qurğusu və üç zirehli döyüş maşını minalanmış ərazilərdə partladılıb".
Bundan əlavə, nazirlik açıqlayıb ki, gün ərzində ABŞ-a məxsus üç M777 qoşqulu haubitsa, iki piyada döyüş maşını və üç düşmən pikapı "Lantset"in sursatları və çoxsaylı reaktiv yaylım atəşi sistemi məhv edilib.