BAKI, 11 noyabr - Sputnik. Rusiya ilkin şərt olmadan Ukrayna üzrə dialoqa açıqdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə deyib.
“Mən yalnız mövqeyi təsdiq edə bilərəm - biz ilkin şərt olmadan dialoqa açığıq. Biz əvvəllər buna hazır idik, Kiyev Qərb kuratorlarının əmri ilə dialoqu kəsdi, ümumiyyətlə, irəli gedirdi, müəyyən sənəd hazırlanırdı, indi hər şey keçmişdə qalıb. Bundan sonra nə olacağı bizdən asılı deyil”, - deyə Ryabkov Moskvanın Ukrayna ilə bağlı ABŞ-la dialoq aparmağa hazır olub-olmaması sualını cavablandırarkən deyib.
Onun fikrincə, “əgər Kiyevə müvafiq paytaxtlardan sifariş verilsə, o zaman belə bir dialoq şansı yəqin ki, artacaq”.
"Ancaq yenə də - bizim heç bir maneəmiz yoxdur və dialoq ilkin şərt olmadan davam etməlidir", - deyə XİN nümayəndəsi bildirib.