RUSİYA

Rusiya ilə danışıqlar risklərin azaldılmasına yönəlib - Endrienn Uotson

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə bildirib ki, iki ölkə arasında siyasi dialoq görünməmiş səviyyədə aşağı həddə çatıb.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlar ölkələr arasında münasibətlərdə risklərin azaldılmasına yönəlib, lakin Ukrayna ilə bağlı məsələlər müzakirə edilmir. Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Endrienn Uotson bildirib.
"Politico" nəşrinin məlumatına görə, Uotson deyib ki, Vaşinqton lazım olduqda Rusiya hökuməti ilə birbaşa ən yüksək səviyyədə danışmaq imkanına malikdir.

"Bu, son bir neçə ayda baş verir. Bunun yeganə məqsədi ABŞ və Rusiya arasında risklərin azaldılması məsələsini müzakirə etməkdir. BununUkrayna ilə heç bir əlaqəsi yoxdur", - Uotson bildirib.

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov RİA Novosti-yə bildirib ki, Rusiya ilə ABŞ arasında siyasi dialoq görünməmiş səviyyədə aşağı həddə çatıb: etimad sarsılıb, hətta qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq iflasa uğrayıb.
Fevral ayında Ukraynada Rusiyanın xüsusi əməliyyata başlamasından sonra Rusiya ilə ABŞ arasında münasibətlər kəskin şəkildə pisləşib. Qərb, o cümlədən ABŞ, qısa müddət ərzində böyük sanksiyalar tətbiq edib və Kiyevə milyardlarla dollarlıq silah və hərbi texnika tədarükünü artırıb. Moskva və Vaşinqton arasında təmaslar, əvvəllər ABŞ administrasiyasında qeyd edildiyi kimi, hazırda yalnız çox məhdud məsələlər üzrə davam edir.