RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Otuz mindən çox hərbçi Dnepr çayının sol sahilinə köçürülüb - Rusiya Müdafiə Nazirliyi

Nazirliyin məlumatında deyilir ki, hətta təmirə ehtiyacı olan bütün Rusiya hərbi texnikası da Dnepr çayının sol sahilinə aparılıb.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. Otuz mindən çox Rusiya hərbi qulluqçusu, 5 minə yaxın silah və texnika Dnepr çayının sol sahilinə çıxarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə 30 mindən çox Rusiya hərbçisi, 5 minə yaxın silah və hərbi texnika, eləcə də maddi əmlak çıxarılıb. Təmirə ehtiyacı olan bütün Rusiya hərbi texnikası da Dnepr çayının sol sahilinə aparılıb. Hazırda təmir bölmələri onlara xidmət göstərməyə başlayıb”, - deyə məlumatda bildirilir.
Rusiya hərbi texnikası, arxiv şəkli
Nazirliyin məlumatında o da deyilir ki, Rusiya ordusu bölmələrinin səmərəli idarə olunması və əlaqələndirilmiş hərəkətləri nəticəsində sağ sahildə bir ədəd də olsun hərbi texnika və silah qalmayıb:
"Bütün Rusiya hərbçiləri Dnepr çayının sol sahilinə köçürülüb".