DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: "52 il Aİ-nin qapılarında əzab çəkməyə məcbur olduq"

1963-cü ildə Türkiyə Aİ (o zaman Avropa İqtisadi Birliyi) ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə təşkilata üzvlük üçün müraciət edib.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini 52 ildir "Avropa İttifaqının qapısında" saxlayanlara cavab verəcəyini vəd edib.
"Biz 52 il Aİ-nin qapılarında əzab çəkməyə məcbur olduq. Onlar hələ də eyni işləri davam etdirirlər", - deyə Ərdoğan "Türk dünyasının ən yüksək ordeni"nin təqdimetmə mərasimində çıxışı zamanı bildirib.
O, Türkiyənin "vaxtı gələndə" cavab verəcəyini vurğulayıb.
1963-cü ildə Türkiyə Aİ (o zaman Avropa İqtisadi Birliyi) ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə təşkilata üzvlük üçün müraciət edib. Bu arada, Aİ-yə üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.
Bundan əvvəl Ərdoğan Böyük Britaniya yerinə Türkiyəni Avropa İttifaqına qəbul etməyi təklif etmişdi.
Onun sözlərinə görə, Türkiyənin alyansa daxil olması Aİ üçün də faydalıdır, çünki Ankarada ittifaqın son vaxtlar üzləşdiyi problemlərin həllinə kömək edəcək açar var.