MƏDƏNİYYƏT

Sputnik Azərbaycan-ın fotomüxbirinin Polşada sərgisi keçirilib – Foto

Murad Orucov 8 noyabr – Azərbaycanda "Zəfər Günü"nə həsr olunmuş iyirmi fotoşəkilini Varşava sakinlərinə və qonaqlarına təqdim edib.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Varşava Milli Filarmoniyasında Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucovun "Zəfər sevinci" adlı sərgisi açılıb.
Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov
Sərgi "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunub. Ekspozisiya "Arts Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədova məxsus olan fotolayihənin bir hissəsidir.
Varşava Milli Filarmoniyasında Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucovun "Zəfər sevinci" adlı sərgisi açılıb
Layihə çərçivəsində 44 gün davam edən Vətən Müharibəsində qələbə sevincini yaşayan azərbaycanlıların duyğularını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərgidə Murad Orucovun 8 noyabr 2020-ci ildə çəkilmiş iyirmi fotoşəkili yer alıb.
Varşava Milli Filarmoniyasında Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucovun "Zəfər sevinci" adlı sərgisi açılıb
Filarmoniyada həmçinin bu ilin oktyabrında "Orfey Klassiks" (Orphee Classics) səsyazma şirkəti tərəfindən ərsəyə gətirilmiş "Şuşa" musiqi albomunun təqdimatı və konsert də baş tutub.
Varşava Milli Filarmoniyasında Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucovun "Zəfər sevinci" adlı sərgisi açılıb