BAKI, 10 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Abşeronda havanın temperaturu gecə 9-11, gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Paytaxtda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturunun gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.