BAKI, 10 noyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinə Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə birlikdə noyabrın 14-dək Silahlı Qüvvələrin maddi-texniki təchizat standartlarını real ehtiyaclara uyğunlaşdırmağı tapşırıb. Bu barədə müvafiq göstəriş Kremlin saytında dərc edilib.
"Rusiya Federasiyası Hökumətinə, Rusiya Müdafiə Nazirliyi ilə birlikdə ... Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunların, hərbi birləşmələrin və orqanların maddi ehtiyatlarla təmin edilməsi standartlarını onların real ehtiyaclarına uyğun olaraq təmin etsin...".
Sənəddə bildirilir ki, hərbçilərin təminatı xüsusi hərbi əməliyyat zamanı yaranan real ehtiyaclar, maddi ehtiyatların istifadə intensivliyi və aşınması nəzərə alınmaqla 14 noyabr 2022-ci ilə qədər təmin edilməlidir.