AZƏRBAYCAN XƏBƏRLƏRİ

Parlamentdə büdcə müzakirələri aparılır

Gələn il ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı hədlərinin bərabərləşdirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilir. İclasın gündəliyinə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Maliyyə naziri Samir Şərifov deyib ki, 2023-cü il və sonrakı 3 il üçün büdcə layihələri Azərbaycanın 2030-cu ilədək olan sosial-iqtisadi inkişaf strategiyasının müəyyən etdiyi tələbləri özündə əks etdirir.
Maliyyə naziri Samir Şərifov, arxiv şəkli
Nazir bildirib ki, 2023-cü il və sonrakı 3 il üçün büdcəsində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri, azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması kimi strateji hədəflər nəzərə alınıb:

"Eyni zamanda, bir sıra ölkələrdə milli valyutaların ucuzlaşması, dünya bazarındakı volatillik də nəzərdən keçirilib. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi iqtisadi artımı dəstəkləyən, həssas əhali qrupunun sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Prezidentimiz ölkəmizin ordu quruculuğunun daim müasirləşdirilməsini, müdafiə qabiliyyətinin yüksəldilməsini prioritet kimi qarşımıza qoyub".

Nazir bildirib ki, gələn ildən İcbari Tibbi Sığorta Fondu büdcədənkənar fondlara daxil ediləcək. İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard manat həcmində müəyyənləşdirilir.
O bildirib ki, növbəti ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının 200 manatdan 246 manata qaldırılması nəzərdə tutulur: “Məişət zorakılığı qurbanları ilə bağlı xərclər də dövlət büdcəsində artırılır. Cari illə müqayisədə bu istiqamətə 5 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur. Təhsil sahəsinə ayrılan vəsait cari illə müqayisədə artırılır. 2023-cü ildə elm xərclərinə də 11,5% çox vəsait yönəldiləcək”.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Azad edilmiş ərazilərin bərpası üçün ayrılan xərclər
Qeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.
Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
Sosial istiqamət
Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.
Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.
Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan xərclər
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.
Sənəddə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur.
2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.
Gələn il ehtiyac meyarının həddi 246 manat götürüləcək.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
2023-cü il dövlət büdcəsində neftin 1 barelinin qiyməti 50 dollar götürüləcək.
"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.