BAKI, 10 noyabr — Sputnik. "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb". Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Azərbaycanla şərti sərhəddə baş verib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilib.