RUSİYA

KTMT-nin Hərbi Komitəsi yeni çağırış və təhdidlərə qarşı mübarizəni müzakirə edib

KTMT-yə üzv dövlətlərin Silahlı Qüvvələri Baş Qərargahlarının nümayəndə heyətləri kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Hərbi Komitəsi videokonfrans vasitəsilə iclas keçirib, yeni çağırış və təhdidlərə qarşı mübarizəni müzakirə edib.
“Noyabrın 10-da KTMT-nin hərbi komitəsinin videokonfrans vasitəsilə iclası keçirilib. Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan silahlı qüvvələrinin baş qərargahlarının nümayəndə heyətləri, həmçinin KTMT-nin birgə qərargahının və katibliyinin nümayəndələri iştirak ediblər”, - deyə qurumun məlumatında bildirilir.
“Görüş çərçivəsində kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət, yeni çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri, o cümlədən dövlətlərin müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. ittifaq bloku", - deyə RF Müdafiə Nazirliyindən əlavə edilib.
Bundan əlavə, Belarus Müdafiə Nazirliyinin məlumatına görə, tədbir zamanı tərəflər KTMT və Hərbi Komitənin aşağıdakı kimi istiqamətlərdə müəyyən göstərişlərinin yerinə yetirilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə ediblər:
Təşkilatın sülhməramlı potensialının inkişafı, o cümlədən BMT-nin sülhməramlı fəaliyyətinə cəlb edilməsi;
KTMT-yə üzv ölkələrin dövlət (hərbi) aviasiyasının beynəlxalq uçuşlarının təşkili və təmin edilməsi.