SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa Azərbaycana səfir təyin edib

Bildirilib ki, Ann Buayon (Anne Boillon) bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Fransa Azərbaycana yeni səfir təyin edib. "Report" Fransanın hökumət portalına istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.
Bildirilib ki, Ann Buayon (Anne Boillon) bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.
O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
A.Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.
Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.