RUSİYA

Kreml: Konqresə seçkilər ABŞ-la münasibətlərə təsir etməyəcək

Peskovun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq: "Konqresə seçkilər buna təsir etməyəcək", deyə Kremlin sözçüsü vurğulayıb.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Kreml ABŞ Konqresinə seçkilərin nəticələri ilə bağlı məlumatları diqqətlə təhlil edir.
APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq: "Konqresə seçkilər buna təsir etməyəcək", deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov onu da bildirib ki, Strateji Hücum Silahlarının azaldılması ilə bağlı SNV-3 müqaviləsinin uzadılması ilə əlaqədar Rusiya Federasiyası ilə ABŞ arasında dialoqdan danışmaq hələ tezdir, bu cür təmasları əvvəlcədən elan etmək olmaz.