HADİSƏ

Gəncədə həyətdən 80 min manatlıq dəzgah oğurlanıb

80 000 manat dəyərində 6 ədəd daş kəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlamaqda şübhəli bilinən X.Əhmədova saxlanılıb.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Gəncədə 80 min manatlıq dəzgah oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İidarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən həyətyanı sahədən 80 000 manat dəyərində 6 ədəd daş kəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini X.Əhmədova saxlanılıb.
CƏMİYYƏT
Keçmiş məhkumlar Oğuzda oğurluq ediblər