BAKI, 9 noyabr - Sputnik. İsrailin Azərbaycandakı səfirliyi Zəfər Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!”.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bununla bağlı Türkiyə XİN bəyanat yayıb.
“İşğal altındakı torpaqlarını qəhrəman mübarizə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.
Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.
Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - bəyanatda deyilir.
AK Partiyanın sədr müavini Binəli Yıldırım Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Binəli Yıldırımın sosial şəbəkədəki hesabındakı paylaşımda deyilir:
“Zəfər Günün qutlu olsun, Can Azərbaycan. Vətən üçün canını fəda edən bütün şəhidlərimizi rəhmətlə anıram”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Türkiyə XİN rəhbərinin paylaşdığı təbrikdə deyilir:
“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”.
“Zəfər Günü münasibətilə Qazaxıstan səfirliyi tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün BMT-nin Nizamnaməsi və qətnamələri ilə uyğun olaraq bərqərar olmasının rəmzi olan bu milli bayram ilə əlaqədar qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir”.
Bu barədə Qazaxıstan səfirliyinin paylaşımında deyilir.
“Bu əlamətdar tarix Azərbaycan xalqının ölkənin dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsi naminə birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi Azərbaycan Respublikasının şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.
Qardaş Azərbaycana dayanıqlı inkişaf və tərəqqi, sülh və əmin-amanlıq, çiçəklənmə arzu edirik!” – məlumatda vurğulanır.
Qardaş Azərbaycana dayanıqlı inkişaf və tərəqqi, sülh və əmin-amanlıq, çiçəklənmə arzu edirik!” – məlumatda vurğulanır.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Zəfər Günü münasibətilə paylaşım edib.
Bu barədə diplomat sosial şəbəkədəki hesabında bildirib.
"Bu gün, 44 günlük müharibənin bitməsindən 2 il sonra, sülh həmişə olduğundan daha da aktualdır. Sülhə şans verək!", - səfir qeyd edib.