BAKI, 8 noyabr - Sputnik. Rusiyanın Kostroma vilayətində Mi-2 helikopteri təcili eniş edib, nəticədə bir nəfər ölüb. Bu barədə vilayət administrasiyası bildirib.
Təyyarənin Şarya şəhərindən təcili yardım reysi həyata keçirdiyi bildirilir. Hadisə Sokerkino hava limanından 4 kilometr aralıda baş verib. Helikopterin göyərtəsində beş nəfər olub.
"İlkin məlumatlara görə, qəza nəticəsində sanitar aviasiyası ilə xəstəxanaya yerləşdirilmək üçün aparılan xəstə dünyasını dəyişib", - məlumatda deyilir.
Qəza zamanı iki pilot və iki tibb işçisinin yaralandığı da bildirilir. Lakin helikopter hələ də tapılmayıb. Rayon rəhbəri Sergey Sitnikov helikopterin axtarışı üzrə qərargaha rəhbərlik edir. Sağ qalan ekipaj və tibb işçiləri ilə əlaqə saxlanılır.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər də yola düşüb.