BAKI, 8 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə Türkiyənin dövlət başçısı rəsmi Twitter səhifəsində paylaşım edib.
"44 günlük dastanvari bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularıma təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq", - R.T. Ərdoğan bildirib.