RUSİYA

Türkiyə "ərzaq müqaviləsi"ni bir il uzatmağı təklif edəcək - Müdafiə Nazirliyi

İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişinin müddəti noyabrın 19-da başa çatır.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Türkiyə "ərzaq müqaviləsi"ni bir il müddətinə uzatmağı təklif edəcək.
Bu barədə RİA Novosti CNN Türk-ə istinadən məlumat yayıb.
"Biz müqavilənin daha bir il uzadılmasını təklif edəcəyik", - deyə CNN Türk Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın sözlərini sitat bildirib.
Cari ilin iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
İstanbulda Bosfor Boğazının cənub girişində taxıl daşıyan yük gəmisi, arxiv şəkli
Oktyabrın 30-da Kiyevin Qara dəniz donanmasının gəmilərinə və Sevastopol sularında mülki gəmilərə hücumundan sonra Rusiya Ukrayna limanlarından məhsulların ixracında iştirakının dayandırıldığını elan edib.
Ötən şərşənbə günü isə Rusiya Müdafiə Nazirliyi Rusiyanın ərzaq müqaviləsində iştirakını bərpa etdiyini açıqlayıb.
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin əlaqələndirilməsinə cavabdehdir. Müqavilənin müddəti noyabrın 19-da başa çatır.