BAKI, 7 noyabr - Sputnik. Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi noyabrın 15-dək uzadılıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi xəbər verib.
“Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il noyabrın 15-dək uzadılıb”, - deyə xəbərdə bildirilir.
Mlumata görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-Don, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Rusiyanın cənubunda uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən qüvvədədir.