BAKI, 7 noyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin noyabrda keçiriləcək Şərqi Asiya Sammitinə səfər etməyi planlaşdırmır. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Daha əvvəl prezidentin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin noyabrda keçiriləcək Şərqi Asiya Sammitində iştirak edə bilər.
“Xeyr, bu səfər planlaşdırılmayıb”, - deyə Peskov belə bir səfərin Putinin planlarında qalıb-qalmaması ilə bağlı suala cavab verib.