CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib

Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. 8 noyabr ölkədə qeyri-iş günüdür.