DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Aksiya iştirakçıları əllərində Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə qarşı yazılar tutaraq ölkəmizi dəstəkləyən şüarlar səsləndiriblər.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Fransa Senatının altı üzvü tərəfindən irəli sürülən, Azərbaycana qarşı qərəzli ittihamların yer aldığı, eləcə də Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə etiraz olaraq Türkiyənin Ankara şəhərində etiraz aksiyası keçirilib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunan aksiya iştirakçıları əllərində Türkiyə və Azərbaycanın dövlət bayraqları, Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən fotoplakatlar, Fransanın Azərbaycan və Türkiyə əleyhinə qərəzli mövqeyinə qarşı yazılar tutaraq ölkəmizi dəstəkləyən şüarlar səsləndiriblər.
Ankarada Fransanın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF-in rəhbəri professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.
Etirazçılar adından səfirliyə etiraz bəyanatı təqdim olunub.
Aksiya Türkiyədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənib.