Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan mövqelərimizi yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən ordumuzun mövqelərinə atəş açıb.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Ermənistan Azərbaycanla sərhəddə yenidən təxribata əl atıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.