BAKI, 7 noyabr - Sputnik. Avropa ittifaqının (Aİ) 27 ölkəsindən 19-nun daxil olduğu avrozona dövlətlərinin səlahiyyətliləri bu il enerji tədbirlərinə təxminən 200 milyard avro xərcləyib. RİA Novosti xəbər verir ki, bu barədə Avrozonanın maliyyə nazirlərinin (Avroqrup) rəhbəri Paskal Donoqu mətbuat konfransında bildirib.
İsinməyə çalışan qız
© Sputnik / Стрингер
Onun sözlərinə görə, bu vəsait həmin ölkələrin vətəndaşlarını "qışda isti saxlamaq üçün tədbirlər" ə sərf olunub.
"Avropa Komissiyasının məlumatına görə, avrozona hökumətləri birlikdə bu il enerji dəstəyinə... təxminən 200 milyard avro xərcləyib", - deyə o bildirib.