HADİSƏ

Göygöldə zəhərlənən gənc qadın xəstəxanada ölüb

Vəziyyəti ağır olduğundan qadının həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
"Report"un məlumatına görə, Göygöl rayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib.
Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.