BAKI, 6 noyabr — Sputnik. Almaniya amerikapərəst doktrina və ideologiyanın qurbanı olub.
Bunu Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov bildirib.
"Berlində hələ də Avropanın lideri olduqları fikri ilə özlərinə təsəlli verirlər. Qətiyyən belə deyil", – deyə o, "Telegram"da yazıb.
Senator əslində Avropa liderinin okeanın o tayında olduğunu açıqlayıb. Onun sözlərinə görə, "Avropanın özündə Avropanın liderləri artıq yoxdur".
Qeyd edək ki, Puşkov "Telegram"da ÇXR sədri Si Tszinpinin Almaniya Kansleri Olaf Şoltsla görüşdən sonra bəyanatına həsr olunmuş paylaşımı belə şərh edib.
Bunula yanaşı, nəşrin müəllifinin fikrincə, Si Tszinpin "çox incə, ənənəvi Çin üslubunda Almaniya və digər Avropa ölkələrini ABŞ-ın müstəmləkələri adlandırıb".
Xatırladaq ki, Şolts Fransa Prezidenti Emmanuel Makronla birgə Çinə getmək istəməyib. Öz növbəsində, Puşkov qazın qiymətinə görə ABŞ-dan inciyən Makronu ələ salıb.