SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin Vitse-prezidenti Füzuli aeroportundan Şuşaya gedib

Baş nazir Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Türkiyənin Vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşaya yola düşüb
Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.
Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidentini Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb
***
Türkiyənin vitse-prezidenti Fuad Oktay noyabrın 3-də Azərbaycana gəlib.
Azərbaycanda səfərdə olan Fuat Oktayı ötən gün Prezident İlham Əliyev qəbul edib.
Vitse-prezident Fuat Oktay Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiye Prezidentinə çatdırmağı xahiş etib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulanıb. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edilib. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlət başçısı Türkiyənin elektromobil istehsalına başlamasını ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.
Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulanıb, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edilib, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.
Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirib.