BAKI, 5 noyabr — Sputnik. Qərb güman edir ki, Türkiyə Rusiyanı razı salmaq üçün Finlandiya və İsveçin NATO-ya daxil olmasını qəsdən gecikdirir. Bu barədə "Foreign Policy" jurnalı yazır.
"Şimali Atlantika Alyansının Şimala doğru genişlənməsi ilə bağlı Ankaranın soyuqqanlılığı Moskvanın iqtisadi təsiri ilə bağlıdır", - məqalədə qeyd edilir.
Nəşr yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prosesi gecikdirməsi Qərb liderlərinin, xüsusən də NATO-nun baş katibi Yens Stoltenberqin səbrini tükəndirir.
"Bu, Rusiyaya qarşı ittifaqın birliyi və həmrəyliyi ideyasını sarsıdır" dedi.
Eyni zamanda, vurğulanır ki, alyans daxilindəki ziddiyyətlər blokun zəifliyi ilə bağlı Rusiya və Çinə bir mesajdır.
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı müraciətləri təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.