CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy karvanında avtoxuliqanlıq: Polis sürücünü saxladı - VİDEO

F.Abdullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərəkdigər yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Fərhad Abdullayev istifadəsində olan VAZ-2106 markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Xatırladaq ki, bundan əvvəl Göyçayda toy karvanında baş verən qəzada iki minik və bir yük avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 27 yaşlı Bəhruz Qarayev hadisə yerində həlak olub. Digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət alıblar. Yerli sakinlərin verdiyi məlumata görə, qəzada ölən sürücü toy karvanının iştirakçısı olub.