CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq Vergilər naziri paytaxtdakı məzarlıqlardan birində dəfn edilib

Noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından vəfat edən Fazil Məmmədovun dəfnində ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.
Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
F.Məmmədov 1964-cü ildə Şamaxıda anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.