AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sabahdan Azərbaycanda dördgünlük bayram tətili başlayır

Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Noyabrın 6-dan etibarən Azərbaycanda dördgünlük bayram tətili başlayır.
Bayram tətili, qeyri-iş günləri noyabrın 6-7-8-9-nu əhatə edəcək.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Qeyd edək ki, noyabrın 10-da artıq iş günü olacaq.