HƏRBİ

Müdafiə Nazirliyindən sosial şəbəkənin erməni seqmentində yayılan xəbərə reaksiya

Azərbaycan Ordusunun Xocalıda mülki traktora atəş açması barədə xəbər yalandır.
Sputnik
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan Ordusu Xocalıda traktora atəş açmayıb.
Bu barədə barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı təkzibdə bildirilir.
"Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.