MƏDƏNİYYƏT

Sumqayıt Teatrında maaşların 8 ay gecikməsi yalandır - Nazirlik

Nazirlikdən bildirilib ki, əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib.
"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək", - məlumatda vurğulanır.
Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt Dövlət Dram Teatrının aktyor heyəti mədəniyyət naziri Anar Kərimova videomüraciət etmişdi. Müraciətdə heyətinin maaşının gecikməsi və ümumiyyətlə az olması barədə şikayət var idi.