CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyət nazirinin keçmiş birinci müavini məsuliyyətə cəlb edilib

Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.
Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.
Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. (Apa)