PAYTAXT XƏBƏRLƏRİ

Bəzi məktəb və bağçalarda istilik sistemi ilə bağlı problem aşkarlanıb

“Azəristiliktəchizat”dan Sputnik Azərbaycan-a bildirilib ki, cari ildə ümumilikdə 282 məktəb, 167 uşaq bağçası və digər sosial təyinatlı müssələr istiliklə təmin ediləcək.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülür. Hər il olduğu kimi bu tədris ilində də məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlər aparılır.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov bildirib. Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlər aşkar olunub:
"Həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparılır və digərlərində hazırda müvafiq tədbirlər davam etdirilir. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlər aşkarlanıb. Problemlərin aradan qaldırılması üçün zəruri işlər görülüb". (Apa)
Qeyd edək ki, daha öncə “Azəristiliktəchizat”dan Sputnik Azərbaycan-a bildirilib ki, cari ildə ümumilikdə 282 məktəb, 167 uşaq bağçası və digər sosial təyinatlı müssələr istiliklə təmin ediləcək. Bundan başqa, qeyd edilib ki, bu il yüksək keyfiyyətli istiliklə bağlı heç bir problem olmayacaq.