AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Əlcəzair diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir

Azərbaycan və Əlcəzair bəzi şəxsləri viza tələbindən azad edir
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara malik şəxsləri viza tələbindən azad edir.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunda əksini tapıb.