BAKI, 4 noyabr — Sputnik. Avropa İttifaqında iqtisadi vəziyyət pisləşəndə və ABŞ tənəzzüllə üzləşəndə Qərb Rusiya ilə danışıqlar aparmalı olacaq.
Bu barədə "Guardian" nəşri yazır.
"Əgər bu, iqtisadi yükü yüngülləşdirməyə kömək edərsə, nizamlanmaya çağırışlar daha çox hiss olunacaq", - deyə nəşr qeyd edib.
Britaniya nəşrinin müəlliflərinin fikrincə, Rusiyanın enerji ixracının azalması Avropada iqtisadi böhrana səbəb olub.
"Guardian"ın məlumatına görə, ötən ilin oktyabrında avrozonada inflyasiya artıq rekord həddə - 10,7%-ə çatıb. Baltikyanı ölkələrdə isə bu rəqəm, öz növbəsində, 22%-i keçib.
Bundan əvvəl Çinin "Global Times" nəşri də yazıb ki, Aİ ölkələri ABŞ-ın qlobal strategiyasının qurbanı olduqlarını anlamağa başlayıblar.