BAKI, 3 noyabr - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Azərbaycan və Ermənistandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti məlumat yayıb.
Danışıqlar Rusiya paytaxtında keçirilən MDB təhlükəsizlik şuraları katiblərinin onuncu illik toplantısı çərçivəsində baş tutub.
Azərbaycanlı həmkarı Ramil Usubov ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib.