BAKI, 3 noyabr — Sputnik. Elnur Əli oğlu Əliyev Azərbaycan mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev noyabrın 3-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Sabiq nazir müavini Elnur Əliyev əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunmuşdu.