CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX-nin əsgəri özünü güllələyib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Faktla bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Xəbərə görə, hazırda qeyd olunan iş üzrə istintaq davam edir.