SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramov, Mirzoyan və Blinken Vaşinqtonda görüşəcəklər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan parlamentindəki çıxışında Vaşinqtonda üçtərəfli görüş keçiriləcəyini açıqlayıb.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinkenlə gözlənilən görüş barədə açıqlama verib.
"Bir neçə gündən sonra mən Vaşinqtona gedəcəyəm, orada Bayramov və Blinkenlə üçtərəfli görüş keçiriləcək", - Mirzoyan Ermənistan parlamentində çıxış edərkən deyib.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə keçirilən görüşdə Cənubi Qafqazda vəziyyətin tənzimlənməsi zamanı güc tətbiq etməkdən və ya onun tətbiqi hədəsindən çəkinmək barədə razılığa gəliblər.
Ermənistan və Azərbaycan arasında hələlik sülh müqaviləsi yoxdur, onun komponentləri barədə danışmaq hələ tezdir, deyə Putin üçtərəfli danışıqların yekunlarına dair mətbuat konfransında deyib.