BAKI, 2 noyabr — Sputnik. Türkiyənin Bursa vilayətində Nilufər rayonunda yerləşən tekstil fabrikində güclü yanğın baş verib.
Güclü yanğın müəssisəyə ciddi zərər vurub. İlkin məlumata görə, tüstüdən zəhərlənən 12 nəfər xəstəxanalara çatdırılıb.
Yalova, Kocaeli, Əskişəhər və Balıkesirdən hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub. Ümumilikdə 200-ə yaxın yanğınsöndürmə maşını yanğına müdaxilə edib.
Bildirilir ki, yanğın olan hissələrdə baş verən partlayışlar divarların aşmasına səbəb olub.
Yerli hakimiyyət orqanlarının rəhbərləri hadisə yerinə gəliblər.
Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı yataqxanadan tələbələr təxliyə olunub.
Yanğın təxminən 11 saatlıq çalışmadan sonra nəzarət altına alınıb.