RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN son sutkada Ukraynanın itkilərini açıqladı

Krasno-Limanski istiqamətində Rusiya qoşunları düşməni uzaqmənzilli artilleriya, hücum və ordu aviasiyası ilə atəşə tutublar.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Luqansk vilayəti, Xerson və Xarkov vilayətlərindəki rus qoşunları bir neçə hücumu dəf edib və gün ərzində 500-ə yaxın ukraynalı hərbçini və xarici muzdluları məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Düşmən Kupyansk istiqamətində əcnəbi muzdlular vasitəsilə gücləndirilmiş iki batalyonun köməyi ilə Xarkov vilayətinin Yaqodnoe, Nikolaevka, Orlyanka və "Luqansk Xalq Respublikası"nın Kuzemovka yaşayış məntəqələri istiqamətində hücuma cəhd edib. Rusiya qoşunlarının atəşə tutulması və bölmələrinin aktiv hərəkətləri nəticəsində düşmən öz əvvəlki mövqelərinə qaytarılıb, 150-dək ukraynalı hərbçi və muzdlu əsgər, 6 tank, 5 piyada döyüş maşını və 10 texnika məhv edilib", - nazirlikdən bildirilib.
Krasno-Limanskoe istiqaməti
Krasno-Limanski istiqamətində Rusiya qoşunları düşməni uzaqmənzilli artilleriya, hücum və ordu aviasiyası ilə atəşə tutublar.
"Ukrayna Silahlı Qüvvələrinin "Luqansk Xalq Respublikası"nın Makiyevka, Ploşçanka və Çervonopopovka yaşayış məntəqələri istiqamətində hücum cəhdlərinin qarşısı alınıb. Nəticədə 250-yə yaxın ukraynalı hərbçi məhv edilib. İki tank, iki piyada döyüş maşınları, beş pikap və iki minik avtomobili məhv edilib", - nazirlikdən bildiriblər.
Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində hücum cəhdi
Rusiya hərbçiləri Nikolayev-Krivoy Roq istiqamətində Ukrayna Silahlı Qüvvələrini hücumcəhdlərinin qarşısını alıb, 100-dən çox ukraynalı hərbçi həlak olub, hərbi idarə qeyd edib.
"Nikolayev-Krivoy Roq istiqamətində Rusiya qoşunları Xerson vilayətinin İşçenko, Bruskinskoye, Suxanovo və Pyatixatki yaşayış məntəqələri istiqamətində Ukrayna Silahlı Qüvvələrini yarıb keçmək cəhdlərinin qarşısını alıblar. Qətiyyətli tədbirlər nəticəsində Rusiya bölmələri düşməni öz ilkin mövqelərinə qaytarıb", - Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Onlar həmçinin 105 ukraynalı hərbçinin, iki tankın, doqquz zirehli döyüş maşınının və yeddi texnikanın məhv edildiyini bildiriblər.
Bundan əlavə, Rusiya qoşunları Nikolaev-Krivoy Roq istiqamətində döyüşlər zamanı S-300 zenit-raket kompleksinin istiqamətləndirilməsi və hədəf təyini üçün Ukraynanın RYAS-nı məhv edib.
Aviasiya və hava hücumundan müdafiə işləri
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinə məxsus qırıcı təyyarə Xarkov vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.
Gün ərzində hava hücumundan müdafiə sistemləri Ukraynanın 24 reaktiv reaktiv raket sisteminin RYAS) HIMARS (Haymars), Alder və Uraqan mərmisini, həmçinin Amerikanın iki HARM radar əleyhinə raketini vurub.
Həmçinin, Xerson, Xarkov vilayətlərində, Luqansk və Donetsk vilayətlərində Ukraynaya məxsus 12 PUA məhv edilib.
Əməliyyat başlayandan
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 330 təyyarə, 167 helikopter, 2414 pilotsuz uçuş aparatı, 384 zenit-raket kompleksi, 6270 tank və digər zirehli döyüş vasitələri, 881 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3544 səhra artilleriya silahı və minaatan, o cümlədən 6967 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.