TƏHLİL

"Qaz cekpotu": Rusiya və Türkiyənin iddialı layihəsi Avropanı nə ilə qorxudub

Bəzi eskpertlərin qənaətinə görə, "Qazprom" 2022-ci ildə Avropa ölkələrinə ixracının yarıdan çoxunu itirə bilər.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Moskva və Ankara ən böyük beynəlxalq qaz habını işə salır. Layihə xam neft və təbii qazın boru kəmərləri vasitəsilə nəqli ilə məşğul olan "Botas" şirkəti və "Epias" enerji birjası tərəfindən təsdiqlənib. Aİ üfüqdə imic və iqtisadi itkilərin görünməsindən narahatdır. Rusiya və Türkiyə hansı üstünlükləri əldə edəcəklər və Avropada nədən ehtiyat edirlər – Sputnik Azərbaycanın materialında.
Nə üçün tikilir
Rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi" forumunda "Şimal axını"na əlavə olaraq daha bir qaz boru kəməri və hab tikintisini təklif edib. Türkiyədən yanacaq üçüncü ölkələrə, istəsələr, ilk növbədə Avropa ölkələrinə gedəcək.
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz oktyabrın sonunda bildirib ki, artıq işlərə başlanılıb.
"Qaz mərkəzi olmaq həmişə bizim məqsədimiz olub", - deyə nazir vurğulayıb.
Hab - infrastruktur obyektləri ilə əlaqəli paylama sahəsidir. Ora qaz daxil olur və orada onun qiyməti formalaşır.
Nadir şans
“Qazprom”da qeyd edildiyi kimi, layihə hamı üçün – Moskva, Ankara və Brüssel üçün faydalıdır. Bunu analitiklər də qeyd edirlər.
“Türkiyə Rusiyadan Avropa İttifaqına tranzitlə indikindən daha çox qazanacaq, baxmayaraq ki, bu, “Şimal axınlar”ını tam əvəzedici kimi hesab edilə bilməz: onların hər birinin gücü 55 milyard kubmetrdir. “Türkiyə”nin 31,5 , "Mavi"nin isə 16", - deyə müstəqil sənaye eksperti Leonid Xazanov bildirib.
Milli Enerji Təhlükəsizliyi Fondunun Baş direktorunun müavini Aleksey Qrivaç xatırladır ki, türkiyəlilər hab ideyası ilə " onilliklər boyunca məşğul olurlar". İndi onların arzuları gerçəkləşə bilər.
Almaniyada “Şimal axını 2” qaz kəmərinin tikintisi, arxiv şəkli
"Türkiyə qaz cekpotunu vuracaq - o, Avropa İttifaqına təkcə Rusiyadan deyil, həm də Azərbaycan, İran və Türkmənistandan tədarükü təmin edəcək. Düzdür, bu kifayət qədər böyük investisiya tələb edəcək, buna görə də hökumət və yerli neft-qaz şirkətləri investisiyaları hardansa tapmalıdırlar", - deyə Leonid Xazanov əlavə edir.
“Mənbəyi bəlli olmayan” qaz
Layihə həyata keçirilsə, Rusiya xammalın bir hissəsini Avropaya göndərəcək, neqativ siyasi vəziyyətə baxmayaraq, avropalılar qazı “mənbəyi bəlli olmayan” formada alacaqlar: çünki, onun ticarət sahəsində haradan gəldiyi qeyd olunmur. Təbii ki, Aİ müəyyən imic xərclərinə məruz qalacaq, lakin bahalı STQ-ni daha az alacaq.
Strateji itkilər də istisna edilmir. Məsələn, Almaniyanın Avropanın ən böyük qaz habı statusunu Türkiyəyə verməsi riski var.
Aİ layihədən narahatdır və Rusiya qazını heç bir şəkildə almayacaqlarına əminliklə bildirilər. Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela Türkiyənin “Dünya” qəzetinə müsahibəsində etiraf edib ki, neft və qaz idxalı Avropada, xüsusən də Rusiya ilə bağlı ciddi mübahisələrə səbəb olur.
"Bu qazın haradan gəldiyi aydındır. Düşünürəm ki, Avropa onu almayacaq", - deyə nazir deyib.
Seçim var
Ekspertlər Aİ-nin enerji resurslarının tədarükünü şaxələndirmək istəyini yeni hab üçün risklərdən biri hesab edirlər. “Qazprom”un hesablamalarına görə, yanvarın 1-dən oktyabrın 15-dək Avropaya nəqletmə ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% (63 milyard kubmetr) azalıb. Bəzi proqnozlara görə, 2022-ci ildə korporasiya Avropa ölkələrinə ixracının yarıdan çoxunu itirə bilər.
Qazprom loqosu, arxiv şəkli
"Həqiqətən də artıq yanacağa tələbin olmaması ilə bağlı problem var və Aralıq dənizi habı bunu həll edə bilər", - deyə iqtisadçı və özəl investisiya məsləhətçisi Nikolay Neplyuyev bildirib. Lakin məsələ Aİ-nin mövqeyindədir - Rusiyadan qaz idxalını davamlı məhdudlaşdırmaq istəyi nə dərəcədə güclüdür.
ABŞ Avropaya təzyiqlərini davam etdirəcək. Onların belə bir haba ehtiyacı yoxdur: indi Amerika STQ ixracının 70%-i Avropa bazarına gedir. Xazanovun fikrincə, Vaşinqton hökumətə, o cümlədən sanksiyalara təsir göstərməyə çalışacaq.
Brüsselin həmfikirliyi stabil yanacaq tədarükünə və pisləşən iqtisadi vəziyyətə olan maraqdan asılıdır.
Bu qışda böhranın daha da pisləşəcəyi gözlənilmir: Avropanın demək olar ki, bütün qaz anbarları doludur. Lakin Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol xəbərdarlıq edib ki, gələn il vəziyyət daha da pis ola bilər. Avropa, ümumiyyətlə, dekabr ayından etibarən Rusiya boru kəməri qazını itirmək riski ilə üzləşib – Moskva yüksək qiymət həddinin tətbiq ediləcəyi təqdirdə yanacaq satmayacaq.
Nəticədə, BEA-nın hesablamalarına görə, fevral ayında anbarlar praktiki olaraq boşalacaq – 20%-dən çox olmayacaq. Bu da hətta səkkiz ayda 65% artan STQ idxalının hazırkı səviyyəsi qorunub saxlanılsa belə.