RUSİYA

Moskvada MDB ölkələrinin media forumu keçirilib

Tədbir MDB məkanında media sənayesinin hazırkı vəziyyətinin və inkişaf perspektivlərinin təhlilinə, postsovet məkanında media mühitində risklərə və feyklərə qarşı mübarizə mexanizmlərinin, o cümlədən qanunvericilik mexanizmlərinin işlənib hazırlanmasına həsr olunub.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Moskvada "Russia Today" Beynəlxalq Multimedia Mərkəzində MDB ölkələrinin "Dəyişən dünyada medianın inkişafı" adlı media forumu başlayıb.
Tədbirdə "Russia Today" Beynəlxalq Media Qrupunun baş direktoru Dmitri Kiselyov, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya Federasiyası Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov, Rusiya Federasiyası Jurnalistlər İttifaqının İnformasiya Komitəsinin sədr müavini Vladimir Solovyov, Qazaxıstan Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədr müavini Nurlıbek Jenısbekulı, Rusiya və Belarus İttifaqının dövlət katibi Dmitri Mezentsev iştirak ediblər.
Forum Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə keçirilib. İştirakçılar arasında siyasi elitanın, medianın, ekspert icmasının nümayəndələri, eləcə də Rusiya və MDB ölkələrinin aparıcı universitetlərinin ixtisaslaşmış fakültələrinin rəhbərləri olub.
Tədbir MDB üzvü olan ölkələrdə media sənayesinin hazırkı vəziyyətinin və inkişaf perspektivlərinin təhlilinə, postsovet məkanında media mühitində risklərə və feyklərə qarşı mübarizə mexanizmlərinin, o cümlədən qanunvericilik mexanizmlərinin işlənib hazırlanmasına həsr olunub.
Qeyd edək ki, media forumunda Azərbaycanı Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi əlaqələr kafedrasının müdiri, professor Elşad Məmmədov təmsil edib. O, tədbirdə "Postsovet məkanında informasiya gündəliyi: problemlərin təhlili və onun həlli mexanizmləri" mövzusunda məruzə ilə çıxış edib.