RUSİYA

Dmitri Kiselyov Qərblə informasiya müharibəsi haqqında: Rusiya həmişə həqiqəti deyir

"Rossiya Seqodnya" Beynəlxalq Media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, informasiya müharibəsində Rusiyaya qarşı hər cür vasitələrdən istifadə edən Qərb öz məqsədlərinə nail ola bilmir.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. "Rossiya Seqodnya" Media qrupunun baş direktoru bu gün Rusiyanın vahid və sabit olduğunu və tam qələbəyə qədər məsafəni məhz bu cür qət edəcəyini söyləyib.
Qərb informasiya müharibəsində Rusiyaya qarşı hər cür vasitələrdən istifadə edir, lakin öz məqsədlərinə nail ola bilmir.
Bunu "Rossiya Seqodnya" Beynəlxalq Media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib.
"Rusiyaya qarşı müharibə hazırda hibrid xarakter daşıyır, informasiya aqressiyası isə heç bir güzəşt və qeyri-müəyyənliklər olmadan kifayət qədər tamhüquqludur. Onlar informasiya müharibələrində mövcud olan bütün mümkün vasitələrlə bizimlə birbaşa "kəllə-kəlləyə" vuruşurlar, üstəlik, yeni üsullar da icad olunur. Amma onlar uğur qazana bilmirlər, çünki həqiqət bizim tərəfimizdədir. Həqiqət Rusiyaya qarşı təcavüzə başlayanların əleyhinədir", - deyə Kiselyov Moskvada MDB ölkələrinin "Dəyişən dünyada medianın inkişafı" adlı media forumunda çıxışı zamanı bildirib.
Onun fikrincə, Rusiya informasiya müharibələrində uduzmur, çünki əks halda Rusiya cəmiyyətində "kim bilir nələr" baş verərdi.
"Biz birik, sabitik və tam qələbəyə qədər məsafəni belə qət edəcəyik", - deyə media qrupunun baş direktoru bildirib.
Forumun təşkilatçısı Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə "Rossiya Seqodnya" Beynəlxalq media qrupudur.
RUSİYA
Moskvada MDB ölkələrinin media forumu keçirilib