HƏRBİ

Cəbrayılda mina partlayıb, zərərçəkən var

Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, mina partlayışı nəticəsində "İmprotex Industries" şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
Xatırladaq ki, dünən ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
Oktyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 3246,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.