BAKI, 2 noyabr — Sputnik. 3 noyabr saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.