AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı və Şuşada "Zəfər günü" ilə bağlı parad keçiriləcək

Saat 10.00-dan 12.00-dək paytaxtın mərkəzi küçələrində, prospekt və meydanlarında, eləcə də Şuşada orkestrlərin müşayiəti ilə təntənəli marş olacaq.
Sputnik
BAKI, 2 noyabr – Sputnik. Noyabrın 8-də 44 günlük müharibədə qazanılmış qələbə ilə əlaqədar qeyd olunan "Zəfər günü"ndə Bakı və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək.
Saat 10.00-dan 12.00-dək paytaxtın mərkəzi küçələrində, prospekt və meydanlarında, eləcə də Şuşada orkestrlərin müşayiəti ilə təntənəli marş olacaq.
O cümlədən, Heydər Əliyev Sarayından Azadlıq Meydanına, Şəhidlər Xiyabanından Neftçilər prospektindəki Bəhram Gur abidəsinə, eləcə də Hüseyn Cavid parkından Şəhidlər Xiyabanına qədər yürüşlər nəzərdə tutulub.