BAKI, 2 noyabr — Sputnik. Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi əlaqələr kafedrasının müdiri, iqtisad elmləri doktoru Elşad Məmmədov bildirib ki, hazırkı media forumu MDB ölkələrinin aparıcı ekspertləri üçün çox rahat platformadır.
Ekspertin sözlərinə görə, forum informasiya məkanında baş verən prosesləri işıqlandırmaq və təhlil etmək üçün nəzərdə tutulub. Bu cür tədbirlər media icmalarının nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir.
"Media forumunda çıxış edərək MDB ölkələrinin aparıcı ekspertlərinin iştirakı ilə daimi ekspert platformasının yaradılması ideyasını irəli sürdüm. Platforma ölkələr arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün uzun illər fəaliyyət göstərən ekspertlərimiz arasında dialoqun inkişafına xidmət edəcək", - Məmmədov bildirib.
Forumun təşkilatçısı Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə "Russia Today" beynəlxalq media qrupudur.